FIDE Avropa və dünya çempionatlarının vaxtını dəyişir

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2020-ci il yarışlarını 2021-ci ilə, 2021-ci yarışlarını isə 2022-ci təxirə salmaq variantını nəzərdən keçirir. SİA-nın məlumatına görə, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, 2022-ci il turnirləri də növbəti ilə keçirilir.

Bu səbəbdən, müxtəlif yaş qrupları üzrə Avropa və dünya çempionatları, eləcə də 16 yaşadək şahmatçılar arasında Ümumdünya Olimpiadasına namizədliyini vermək istəyənlər buna hazır olmalıdırlar.

Qeyd edək ki, müraciətlər bu il sentyabrın 4-dək qəbul olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə