İspaniyanın “Sevilya” klubu futbolçularının məvacibini 70 faiz azaldıb

İspaniyanın “Sevilya” klubu futbolçularının məvacibini azaldıb.

SİA xəbər verir ki, La Liqa klubu, koronavirus pandemiyasının iqtisadi təsirini azaltmaq üçün bu addımı atıb. Bu barədə klubun rəsmi saytı açıqlama yayıb.

Klub, futbolçuların və məşqçi heyətinin məvacibini 70 faiz azaltdığını bildirib. Qərarın klubun idarəçilərinə də aid edildiyi açıqlanıb.

Bundan başqa, “Sevilya” 254 işçinin bir hissəsini tətilə göndərib, digər hissəsinin isə iş saatını azaldıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...