Maradonanın “Qızıl top”unu italyan mafiyası oğurlayıbmış

Maradonanın “Qızıl top”unu italyan mafiyası oğurlayıbmış

Məşhur argentinalı futbol ulduzu Diyeqo Maradona ilə bağlı daha bir sirrin üstü açılıb. Siasport.az saytı xəbər verir ki, narkotik vasitələr qaçaqmalçılığına görə həbs olunmuş Neapol mafiyası klanlarından birinin başçısı Salvatore Lo Russo etiraf edib ki, onun adamları Diyeqo Marodanının "Qızıl top"unu oğurlayıblar.

FİFA-nın versiyası ilə ən yaxşı futbolçu kimi argentinalıya 1986-cı ildə təqdim edilmiş bu mükafat sonralar əridilib. "Qızıl top"un səyyar futbol şöhrəti muzeyində nümayiş zamanı Neapol komorrosu tərəfindən oğurlandığını bildirən Lo Russo, maraqlı açıqlma ilə çıxış edib: "Mən mükafatı geri qaytarmağa cəhd göstərdim, lakin mümkün olmadı. Top əridilmişdi. Buna baxmayaraq, mükafatla birlikdə oğurlanmış dörd qızıl saatı Maradonaya qaytardım".

Xatırladaq ki, FİFA-nın mükafatı argentinalıya Meksikada keçirilən dünya çempionatından sonra təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə