Koronavirus pandemiyasına görə “Yuventus”un daha bir futbolçusu ölkəsinə qayıdıb

Koronavirus pandemiyasına görə “Yuventus”un fransalı futbolçusu Adrien Rabiot ölkəsinə qayıdıb.

SİA xəbər verir ki, bu barədə “Football İtalia” saytı məlumat yayıb. “Yuventus”un Rabiota Fransaya qayıtması üçün icazə verdiyi bildirilib.

Qeyd edək ki, “Yuventus”da daha əvvəl Kriştiano Ronaldo Portuqaliyaya, Duqlas Kosta Brazliyaya, Qonsalo İquain Argentinaya, Miralem Pyaniç Bonsiya və Herseqovinaya, Sami Xedira isə Almaniyaya qayıtmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə