Milli komandada gözlənilməz baş məşqçi dəyişikliyi

Futbol üzrə İrlandiya milli komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib.

SİA xəbər verir ki, 2018-ci ilin noyabr ayından bu komandanı çalışdıran Mik Makkarti istefaya göndərilib. Bu barədə İrlandiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Artıq İrlandiya yığmasına yeni baş məşqçi də təyin olunub. Federasiya bu posta Stiven Kenninin təyin olunduğunu açıqlayıb. Lakin 48 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Stiven Kenni 2018-ci ildən İrlandiya millisinin gənclər komandasını çalışdırırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...