Dibala və sevgilisində tam müalicədən sonra yenidən koronavirus aşkarlanıb

"Yuventus"un futbolçusu Paulo Dibala və sevgilisi Oriana Sabatinidə yenidən koronavirus aşkarlanıb.

SİA "sports.ru" saytına istinadən xəbər verir ki, onların bir neçə gün əvvəl testlərinin cavabı mənfi çıxsa da, növbəti test müsbət olub. Dibala və sevgilisinin yenidən karantinə alındığı bildirilib.

Qeyd edək ki, Dibalada koronavirus ilk dəfə martın 21-i aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə