İtaliya A Seriyası qeyri-müəyyən müddətə kimi təxirə salınıb

İtaliya A Seriyası rəhbərliyi ölkə çempionatında mövsümün mümkün bərpa müddəti ilə bağlı videokonfrans keçirib.

SİA liqanın saytına istinadən xəbər verir ki, videokonfransda çempionatının qeyri-müəyyən müddətə kimi təxirə salınmasına qərar verilib. Bildirilib ki, ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyət düzələcəyi vaxt A Seriyası bərpa olunacaq.

Xatırladaq ki, bundan əvvəl İtaliya çempionatının mayda yenidən başlayacağı iddia olunurdu.

Qeyd edək ki, İtaliyada koronavirusdan ölənlərin sayı 14 min 681 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...