Ronaldo bütün dövrlərin ən yaxşı futbolçusu hesab edilib

İspaniyanın “Marca” nəşri öz oxucuları arasında onların kimi bütün dövrlərin ən yaxşı futbolçusu hesab etdikləri ilə bağlı sorğu keçirib.

SİA xəbər verir ki, sorğunun finalında İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo İspaniyanın “Barselona” komandasının kapitanı Lionel Messini qabaqlayıb. Finalda Ronaldo 54 faiz, Messi 46 faiz səs toplayıb.

Portuqaliyalı hücumçu finala gedən yolda Paolo Maldinini, Zinəddin Zidanı qabaqlayıb. Messi isə Ferenç Puşkaş, Alfredo Di Stefano və braziliyalı Ronaldodan güclü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...