Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan mövsüm davam etdirilməyəcək

Xorvatiyada koronavirus pandemiyasına görə yarımçıq dayandırılan basketbol üzrə 2019/20 mövsümü davam etdirilməyəcək.

SİA xəbər verir ki, bu barədə federasiyanın rəsmi açıqlamasında bildirilib.

Cari mövsümün ləğv olunduğu və hər hansı komandanın çempion elan olunmayacağı vurğulanıb.

Artıq klublara yeni mövsümə hazırlaşmaq barədə tapşırıq verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə