UEFA avrokubok matçlarının bərpası ilə bağlı qərarını açıqlayıb

UEFA avrokubok matçlarının bərpası ilə bağlı qərarını açıqlayıb.

SİA qurumun saytına istinadən xəbər verir ki, koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası və Avropa Liqasının oyunlarının bərpası ikinci xəbərdarlığa qədər təxirə salınıb. Bununla bağlı qərar UEFA-nın bugünkü videokonfransında verilib.

Qeyd edək ki, avrokubok görüşləri martın 13-dən dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə