Harri Keyn "Tottenhem" klubundan ayrılmaq istəyir

İngiltərənin “Tottenhem” klubunun hücumçusu Harri Keyn London təmsilçisindən ayrılacağı haqda xəbərlərə münasibət bildirib.

SİA xəbər verir ki, ingilis hücumçu “İnstagram” hesabında Premyer Liqa klubundan ayrıla biləcəyini istisna etməyib:

“Məndən gələcəyim barədə tez-tez soruşurlar. Bu, konkret cavab verə bilməyəcəyim suallardan biridi. Klubu sevirəm, ancaq bir komanda olaraq və ya doğru istiqamətdə irəliləmədiyimizi hiss etsəm, o zaman burada qalmayacağam. Mən iddialı futbolçuyam".

Qeyd edək ki, “Tottenhem”in yetirməsi olan Keyn 2009-cu ildən əsas komandada çıxış edir. Onun London klubu ilə 2024-cü ilin iyununa qədər müqaviləsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə