Seneqallı futbolçu PSJ-yə keçsə, illik maaşı 10 milyon avro təşkil edəcək

PSJ "Napoli"nin müdafiəçisi Kalidu Kulibali transferi ilə bağlı danışıqları davam etdirir.

SİA xarici KİV-lərə istinadən xəbər verir ki, Paris təmsilçisinin 28 yaşlı oyunçuya 2025-ci ilin yayına qədər müqaviləni təklif etməyə hazır olduğu bildirilib. Seneqallı futbolçu PSJ-yə keçməyə razılıq versə, onun illik maaşı 10 milyon avro təşkil edəcək.

Qeyd edək ki, "Napoli"nin Kulibalini ən azı 100-110 milyon avroya satmaq istədiyi iddia olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə