Argentinalı ulduz Paulo Dibala koronavirusa qalib gəlib

"Yuventus"un hücumçusu Paulo Dibalanın səhhətində heç bir problem qalmayıb.

SİA xəbər verir ki, argentinalı ulduz futbolçu koronavirusa qalib gəlib.

27 yaşlı oyunçu sosial şəbəkə vasitəsilə paylaşım edərək, müalicədən sonra ikinci testinin neqativ çıxdığını bildirib. Karantində olan futbolçu artıq tamam sağalıb.

Qeyd edək ki, Dibala və sevgilisi Oriana Sabatininin martın 21-də koronavirus xəstəliyinə yoluxduğu açıqlanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...