AFFA tərəfindən təxirə salınan liqaların bərpa müddəti uzadılıb

AFFA tərəfindən təxirə salınan liqaların bərpa müddəti uzadılıb

Koronavirus səbəbindən təxirə salınan liqaların bərpa müddəti uzadılıb.

SİA xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Məlumata görə, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və gənclər liqalarının U-11, U-13, U-16 yaş qrupu üzrə çempionatlarının başlama vaxtı uzadılıb.

Bunlarla yanaşı, Yüksək qızlar liqalarının, "Coca-Cola Məktəbli kuboku"nun və Region Liqası turnirinin oyunları da 2020-ci il aprelin 20-dək təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə