İspaniya klubunun koronavirus aşkarlanan 4 futbolçusu xəstəxanadan evə buraxılıb

İspaniyanın “Espanyol” klubunun koronavirus aşkarlanan 4 futbolçusu xəstəxanadan evə buraxılıb.

SİA xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Xəbərdə, adları açıqlanmayan futbolçuların evdə məcburi 15 günlük karantində qalacağı bildirilib.

Qeyd edək ki, “Espanyol” klubunun ümumilikdə 7 futbolçusunda koronavirus aşkarlanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə