Uşaqlıq dostum koronavirusdan öldü - Mançini

"Valideynlərim özlərini yaxşı hiss edirlər. Ancaq yenə də onlara görə narahatam”.

SİA xəbər verir ki, bu sözləri İtaliya millisinin baş məşqçisi Roberto Mançini “Footbal İtalia”ya açıqlamasında deyib.

Koronavirus pandemiyasının təsirindən danışan çalışdırıcı uşaqlıq dostunu bu xəstəlikdən itirdiyini bidirib: “Bacım mənimlə əlaq saxladı və uşaqlıq dostumun koronavirusdan öldüyünü dedi. Onunla uşaqlıqda futbol oynayırdım, birgə gəzirdik, gözəl günlərimiz olmuşdu. Ezidəki "Croce Verde" xeyriyyəçilik şirkətində işləyirdi, əla insan idi".

Mançini pandemiyanın nə qədər də dəhşətli olmasına baxmayaraq, İtaliyanı tərk etmək fikrində olmadığını deyib: "Berqamoda ölüləri daşıyan hərbi maşınların karvanını görmək adama dəhşətli gəlir. Yer kürəsi belə cəhənnəmə hazır deyildi. Həkimlər qəhramanlıqla işə davam edir. Onlara inamımız var. Buna görə də ölkəmdən ayrılmağı düşünmürəm. Mənim məzarım İtaliyadır".

Qeyd edək ki, Avropada koronovirusun ən geniş yayıldığı ölkə İtaliyadır.

Bütün xəbərlər Facebook səhifəmizdə