İdmançımızın iştirak edəcəyi Avropa çempionatı təxirə salınıb

İdmançımızın iştirak edəcəyi Avropa çempionatı təxirə salınıb

Azərbaycan badmintonçusu Edi Reski Dviçayonun Ukraynanın paytaxtı Kiyevdəki Avropa çempionatında iştirakı baş tutmayıb. Azərbaycan Badminton Federasiyasının Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səbəb koronavirusa görə yarışın qeyri-müəyyən vaxta təxirə salınmasıdır.

Avropa çempionatı 12 - 26 aprelə nəzərdə tutulmuşdu. Turnirin bu il ərzində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Beynəlxalq Badminton Federasiyası Danimarkadakı dünya çempionatı və bir neçə turniri təxirə salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə