UEFA: “Buraxılmış səhvə görə üzr istəyirik"

Bu il təxirə salınan Avro-2020-nin adı hələ tam müəyyənləşməyib.

SİA xəbər verir ki, bu barədə UEFA-nın "Tvitter" səhifəsi məlumat yayıb.

Bildirilir ki, ötən gün “Tvitter” hesabında qitə birinciliyinin 2021-ci ildə keçirilməsinə baxmayaraq, elə Avro-2020 adlandırılacağı xəbəri yanlışdır:

“Buraxılmış səhvə görə üzr istəyirik. Təxirə salınmış Avropa çempionatının necə adlanacağı ilə bağlı hələ heç bir qərar verilməyib. Əvvəlki tvit səhvən yazılmışdı".

Xatırladaq ki, UEFA koronavirus pandemiyası ilə əlaqədar “Avro-2020”ni gələn ilin yayına kimi təxirə salıb. Yarışın 11 iyun - 11 iyulda keçiriləcəyi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə