“Formula-1” Bakıda iki Qran-Pri keçirə bilər

Koronavirus üzündən təqvimi alt-üst olan “Formula-1” yarışı xilas etmək yollarını axtarır.

SİA xəbər verir ki, hazırda yarışın təşkilatçıları bir sıra variantları müzakirə edir.

Bunlardan biri cümə məşqindən imtina etməklə həftəsonu iki Qran-Pri keçirməkdir. Bəzi traslarda iki yarış təşkil edilməsi ilə ümumi mərhələ sayını artırmaq olar.

Hələlik hansı traslarda iki mərhələnin keçirilməsinin müzakirə olunduğu açıqlanmır. Bu isə o deməkdir ki, qarşıdakı Qran-Prilərin hər birində iki mərhələnin keçirilməsi mümkündür.

Qeyd edək ki, artıq 7 mərhələ təxirə salınıb. Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Monako Qran-Prilərinin sonradan keçirilib-keçirilməməsi də dəqiqləşməyib. Bu təxirəsalmalardan sonra planlaşdırılan ilk mərhələ iyunun 7-də Bakıda baş tutmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə