La Liqa prezidenti klubları məşqləri bərpa etməyə çağırdı

Koronavirus pandemiyasına görə dayandırılan futbol üzrə İspaniya çempionatı aprelin 23-də bərpa oluna bilər.

La Liqanın prezidenti Xavyer Tebas təhlükəsizlik tədbirlərinə əməl etmək şərtilə komandaları məşqlərə başlamağa çağırıb.

İddiaya görə, dünən klub nümayəndələri ilə videokonfrans keçirən X.Tebas mövsümün qalan hissəsinin bərpası məsələsini müzakirə edib.

Qeyd edək ki, İspaniya La Liqası martın 12-dən etibarən dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə