"Borussiya"lı futbolçular maaşlarından imtina ediblər

"Borussiya"lı futbolçular maaşlarından imtina ediblər

Münhenqladbax "Borussiya"sının futbolçuları maaşlarının bir hissəsindən imtina ediblər. "Bild" nəşrinin yazdığına görə, oyunçular koronavirus səbəbindən kluba dəyən maddi zərəri azaltmaq üçün bu addımı atıblar.

Məlumatı Bundesliqa təmsilçisinin idman direktoru Maks Eberl təsdiqləyib: "Uşaqlarla fəxr edirəm. Biz hamımız klubu pis və ya yaxşı vaxtlarda dəstəkləyirik. Oyunçular nələrisə "Borussiya"ya qaytarmaq istəyirlər. Almaniyada ilk klubuq ki, futbolçular maaşların azaldılmasına razılıq veriblər". Bildirilir ki, bunun sayəsində klub təxminən 1 milyon avro qənaət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə