"Arsenal" braziliyalı futbolçu ilə müqaviləni yeniləyəcək

"Arsenal" braziliyalı futbolçu ilə müqaviləni yeniləyəcək

"Arsenal"ın futbolçusu David Luislə müqavilənin müddətini uzadacaq. "The Sun" nəşrinin yazdığına görə, belə ki, məşqçi qərargahı braziliyalı müdafiəçinin oyunundan razıdır və onu komandada saxlamaq istəyir.

Bildirilib ki, "Arsenal" D.Luislə müqavilənin 2021-ci ilin yayına kimi uzadılması seçimindən istifadə edəcək. Qeyd edək ki, D.Luis bu mövsüm 32 matçda 2 qol vurub, 1 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə