“Dördlər finalı” növbəti xəbərdarlığa qədər təxirə salınıb

“Dördlər finalı” növbəti xəbərdarlığa qədər təxirə salınıb

Futzal üzrə Çempionlar Liqasının “Dördlər finalı” növbəti xəbərdarlığa qədər təxirə salınıb.

SİA UEFA-nın saytına istinadən xəbər verir ki, koronavirus (COVİD-19) infeksiyasının geniş yayılması və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya kimi dəyərləndirilməsinin ardından UEFA İcraiyyə Komitəsi bu qərarı verib.

Xatırladaq ki, 2019-2020-ci il mövsümündə “Dördlər finalı” aprelin 24-də və 26-da Belarusun paytaxtı Minskdə keçirilməli idi.

Qeyd edək ki, yarımfinal oyunlarında “Barselona” – KPRF və “Mursia” – “Tümen” komandaları qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə