6 futbolçuda koronavirus aşkarlandı

6 futbolçuda koronavirus aşkarlandı

İspaniyanın "Espanyol" klubunun 6 futbolçusu koronavirusa yoluxub. SİA-nın məlumatına görə, Kataloniya təmsilçisinin rəsmi saytı oyunçuların adlarını açıqlamayıb. Futbolçularla yanaşı, texniki heyət üzvlərinin də testlərinin müsbət nəticələndiyi bildirilib.

Qeyd edək ki, La Liqa rəhbərliyi çempionat oyunlarını aprelin əvvəlinə kimi təxirə salıb. UEFA AVRO-2020-nin 2021-ci ildə keçiriləcəyi ilə bağlı qərar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə