UEFA bu ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılan Avro-2020-nin koronavirus epidemiyasına görə təxirə salındığını rəsmən açıqlayıb. Qurumun rəsmi saytında yer alan məlumatda deyilir ki, bu barədə UEFA-nın 55 ölkənin federasiya nümayəndəsi ilə bugünkü videokonfransından sonra qərar verilib. Turnirin gələn il 11 iyun-11 iyul tarixlərində keçiriləcəyi bildirilib.
Xatırladaq ki, qitə çempionatının 4 oyunu Bakıda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB