“Mançester Yunayted”in futbolçusu Pol Poqba sosial şəbəkədə aksiyaya başlayıb. Qol.az xəbər verir ki, fransalı yarımmüdafiəçi İnstagram səhifəsində elan etdiyi aksiyada pul toplayır. O, yığılan vəsaiti koronavirusla mübarizə üçün UNİCEF-in hesabına köçürəcək. Martın 15-də 27 yaşı tamam olan Poqba İnstagram səhifəsində yazıb: “Bu gün mənim doğum günümdür. Xoşbəxtlikdən ailəm, yaxınlarım sağlamdırlar. Ancaq hazırda bu o qədər də önəm kəsb etmir. Çünki koronavirus milyonlarla insanın həyatını təhdid edir. Belə məqamda biz birlikdə hərəkət etməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB