“Milan” və “Real Madrid” nigeriyalı futbolçu uğrunda çarpışırlar

“Milan” və “Real Madrid” nigeriyalı futbolçu uğrunda çarpışırlar

İtaliyanın "Milan" və İspaniyanın "Real Madrid" futbol klubları Fransanın "Olimpik Marsel" futbol klubunun nigeriyalı müdafiəçisi Taye Taivoyu transfer etmək üçün hərəkətə keçiblər.

Siasport.az saytı xəbər verir ki, hər iki klub artıq menecerlərini fransız klubunun rəhbərliyi ilə danışıqlar aparmaq üçün Marselə göndəriblər. Fransanın "Le Equipe" qəzeti yazır ki, 25 yaşlı nigeriyalı futbolçunun fransız futbol klubu ilə olan müqaviləsi mövsümün sonunda başa çatacaq.

Fransız qəzetinin məlumatında qeyd olunur ki, futbolmunun özü İtaliyaya yollanmaq istəyir və koryerasını da orada davam etdirmək niyyətindədir. Belə ki, nigeriyalı futbolçu gələn həftə Milana yollanaraq, bu şəhəri təmsil edən klubun rəhbərliyi ilə danışıqlar aparacaq. Onun daha çox "Milan"a meyl etməsini xüsusi ilə diqqətə çəkən qəzet əlavə edir ki, "Real"ın baş məşqçisi Joze Maurinyo da nigeriyalı futbolçunun kral klubuna transfer olunmasında maraqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə