UEFA avrokuboklar üçün “Dördlər finalı” formatına müraciət edə bilər.
UEFA Çempionlar Liqası və Avropa Liqasının həlledici görüşləri üçün “Dördlər finalı” formatına müraciət edə bilər.
SİA "TASS" informasiya agentliyinə istinadən xəbər verir ki, təklifi UEFA-nın baş katibi Corcio Marketti martın 17-də keçiriləcək toplantıda irəli sürəcək.
Bu format yarımfinalların bir oyundan ibarət olmasını və neytral meydanda keçirilməsini, daha sonra final görüşünün təşkilini nəzərdə tutur. Beləliklə, turnirlərin yarımfinal və final qarşılaşmalarının təşkilinə cəmi 4 gün kifayət edəcək. Bu il UEFA Çempionlar Liqasının matçları Türkiyənin İstanbul, UEFA Avropa Liqası qarşılaşmaları isə Polşanın Qdansk şəhərində baş tutmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB