Almeydanın qol vurduğu oyundan komandası qalib ayrıldı

Almeydanın qol vurduğu oyundan komandası qalib ayrıldı

Millimizin futbolçusu Riçard Almeydanın çıxış etdiyi "Baniyas" Birləşmiş Ərəb Əmirlikləri çempionatında növbəti oyuna çıxıb.

SİA xəbər verir ki, sözügedən klub 19-cu turda doğma meydanda “Al İttihad Kalba" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb. O, 52-ci dəqiqədə penaltidən komandasının bərabərlik qolunu vurub.

Qeyd edək ki, “Baniyas” 19 oyuna topladığı 23 xalla 14 iştirakçı arasında 9-cudur.

Bütün xəbərlər Facebook səhifəmizdə