UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində ilk həftənin ən yaxşı futbolçusu müəyyənləşib. SİA-nın məlumatına görə, həftənin oyunçusu mükafatına “Atalanta”nın hücumçusu Yosip İliçiç layiq görülüb.
Sloveniyalı forvard UEFA-nın keçirdiyi səsvermədə hamını qabaqlayıb. Bunda onun “Valensiya” üzərində 4:3 hesablı qələbə qazanılan qarşılaşmada pokerə imza atması rol oynayıb.
İliçiç digər namizədlər Marsel Sabitzer (“Leypsiq”), Xuan Bernat (PSJ) və Yan Oblakı (“Atletiko”) qabaqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB