Bundesliqanın oyunları təxirə salınıb

Bundesliqanın oyunları təxirə salınıb

Futbol üzrə Almaniya Bundesliqası koronavirus səbəbindən təxirə salınıb. SİA-nın məlumatına görə, çempionat matçları martın 17-dən aprelin 2-dək dayandırılacaq.

Bu həftəsonu baş tutacaq növbəti turun qarşılaşmaları isə boş tribunalar önündə oynanılacaq.

Qeyd edək ki, koronavirus səbəbindən Avropanın bir çox ölkəsində çempionat təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə