Futbol üzrə Fransa çempionatı dayandırılıb

Futbol üzrə Fransa çempionatı dayandırılıb

Fransa Futbol Federasiyası ölkə çempionatını koronavirus pandemiyasına görə müvəqqəti təxirə salıb.

SİA-nın xəbərinə görə, bu barədə federasiya prezidenti Noel Le Qre məlumat verib.

“Prezident Emmanuel Makronun sözləri bizi bütün futbol turnirlərini dayandırmağa və sağlamlıq böhranı ilə mübarizəyə yönəltməyə təşviq edir. Bununla əlaqədar olaraq təşkilatımızın himayəsi altında keçirilən həvəskarlar da daxil olmaqla, bütün milli futbol turnirlərinin müvəqqəti olaraq dayandırırıq”, – deyə federasiya prezidenti bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə