Kriştianu Ronaldo karantinə alınıb

Kriştianu Ronaldo karantinə alınıb

“Yuventus”un hücumçusu Kriştianu Ronaldo karantinə alınıb.

SİA-nın məlumatına görə, 35 yaşlı futbolçu ölkəsi Portuqaliyada təcrid olunub.

Bu qərar superulduzda koronavirus şübhəsi olması ilə bağlı verilib. Ronaldo doğulduğu şəhər Madeyrada tibbi testlərdən keçiriləcək. Bunun əsas səbəbi onun komanda yoldaşı Daniele Ruqanidə koronavirus xəstəliyinin aşkarlanmasıdır. Ruqani, bazar günü "İnter"lə oyundakı məğlubiyyətdən sonra Ronaldo və digər komanda yoldaşları ilə birlikdə “Yuventus”un soyunma otağında görünmüşdü və indi 25 yaşlı müdafiəçi ilə təmasda olan hər kəs təcrid olunmalıdır.

Qeyd edək ki, bacısının doğum günü ilə əlaqədar Portuqaliyaya gedən Kriştianu Ronaldo İtaliyadakı gərgin vəziyyətə görə, Turinə qayıtmaqdan imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə