NBA yarışları koronavirusa görə dayandırılıb

NBA yarışları koronavirusa görə dayandırılıb

Amerika Milli Basketbol Assosiasiyası (NBA) koronavirusa görə bütün qarşılaşmaları qeyri-müəyyən vaxta qədər təxirə salıb. SİA-nın məlumatına görə, "Yuta Caz"ın oyunçularından birində virus aşkarlanıb.

Testin nəticəsi "Oklahoma Siti" ilə görüşündən əvvəl bəlli olub. NBA daha sonra bütün oyunların təxirə salınması ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, ABŞ-da 1339 nəfər koronavirusa yoluxub, 39 nəfər isə dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə