Azərbaycan millisi Polşa yığması ilə yarışacaq

Azərbaycan millisi Polşa yığması ilə yarışacaq

Bu gün futbol üzrə “Avro-2021”in seçmə qrup mərhələsi çərçivəsində qadınlardan ibarət Azərbaycan və Polşa milli komandaları qarşılaşacaqlar. SİA-nın məlumatına görə, oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Kristiana Mariana Trandafir olacaq. Ona həmyerliləri Petruta Klaudia İugulescu və Daniela Konstantinesku kömək edəcəklər. Dördüncü hakim funksiyasını İuliana Elena Demetresku yerinə yetirəcək.

Azərbaycan-Polşa oyunu saat 18:00-da “ASK Arena”da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə