"Mançester Siti" və "Arsenal" oyunu təxirə salınıb

"Mançester Siti" və "Arsenal" oyunu təxirə salınıb

İngiltərə Premyer Liqasının 28-ci turunun "Mançester Siti” və "Arsenal” komandaları arasında bu günə planlaşdırılan görüşü təxirə salınıb. SİA-nın məlumatına görə, bu barədə liqanın rəsmi saytında bildirilir.

Qeyd edilir ki, bu, "Nottingem Forest"in və "Olimpiakos"un sahibi Yevangelos Marinakisin koronavirusla yoluxması ilə bağlıdır. İki həftə əvvəl "Arsenal"ın oyunçuları Avropa Liqasında yunan klubu ilə qarşılaşıblar və funksioner bəzi oyunçularla təmasda olub.

Londonlular və "şəhərlilər" tibbi tövsiyələri nəzərə alaraq, matçı qeyri-müəyyən müddətə təxirə salmağa qərar veriblər. Liqa bu qərarı dəstəkləyib.

Bildirilir ki, premyer liqanın digər oyunlarının təxirə salınması planlaşdırılmır.

Bütün xəbərlər Facebook səhifəmizdə