Beynəlxalq Cüdo Federasiyası koronavirusun yayılması ilə əlaqədar aprelin 30-dək keçirilməsi nəzərdə tutulan bütün turnirləri ləğv etmək qərarına gəlib.
SİA-nın məlumatına görə, təşkilat Yekaterinburqda planlaşdırılan “Böyük Dəbilqə” turnirinin, həmçinin Tbilisi və Antalya Qran-Prilərinin baş tutmayacağı barədə məlumat yayıb.
Məlumatda deyilir: “Təəssüf ki, vəziyyət indi təhlükəli və kritikdir. Bu çətin günlərdə cüdo ailəsinin təhlükəsizliyini təmin etmək, eyni zamanda Olimpiada seçimlərində iştirak edən bütün idmançılara şans vermək çox vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB