UEFA koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə növbəti qərar qəbul edib. SİA-nın məlumatına görə, futbolçulara avrokubok oyunları öncəsi əllə görüşmək qadağan olunub.
Bu addım Dünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə atılıb.
Qeyd edək ki, qitə futbol qurumu daha əvvəl Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya), həmçinin Avropa Liqasının onaltıdabir finalının “Kopenhagen” (Danimarka) – “Başakşehir” (Türkiyə) matçlarının azarkeşsiz keçiriləcəyini açıqlayıb. Bundan başqa, Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin “Paris Sen-Jermen” (Fransa) – “Borussiya Dortmund” (Almaniya) oyunu da azarkeşsiz keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB