Madrid “Real”ının qapıçısı Tibo Kurtua bir neçə həftəlik sıradan çıxıb
İspaniyanın “Real” klubunun futbolçusu Tibo Kurtua sıradan çıxıb.
SİA xarici mətbuata istinadən xəbər verir ki, belçikalı qapıçı La Liqanın 27-ci turunun “Betis”lə matçında (1:2) qarın nahiyəsindən zədə alıb.
Kurtuanın son durumu tibbi müayinədən sonra bilinəcək. 27 yaşlı qapıçının bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB