“Boka Xuniors” 34-cü dəfə Argentina çempionu olub

“Boka Xuniors” 34-cü dəfə Argentina çempionu olub

Martın 8-də Argentinanın “Boka Xuniors” klubu ölkə çempionu adını qazanıb. SİA xəbər verir ki, klub tarixində 34-cü dəfə çempionluğunu qeyd edib. “Boka Xuniors” öz meydanında “Ximnasiya Esqrima” klubunu 1:0 hesabı ilə məğlub edərək sona iki tur qalmış Argentina çempionu olub. Oyunda yeganə qolu 73-cü dəqiqədə Karlos Tevez vurub.

Buenos Ayres təmsilçisinin turnir cədvəlindəki əsas rəqibi “River Pleyt” isə paralel keçən matçda “Atletiko Tukuman”la heç-heçə edib (1:1).

Bütün xəbərlər Facebook səhifəmizdə