Gimnastımız "AGF Junior Trophy" beynəlxalq turnirində daha bir medal qazanıb

Gimnastımız "AGF Junior Trophy" beynəlxalq turnirində daha bir medal qazanıb

Azərbacan gimnastı Mənsum Səfərov kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" beynəlxalq turnirinin finalında halqalarla hərəkətlərdə 12.550 balla ikinci yeri tutub. SİA-nın məlumatına görə, birinci yeri ukraynalı idmançı Vladimir Kostyuk (13.000 bal), üçüncü yeri isə Türkiyə təmsilçisi Kərəm Şener (12.500 bal) tutublar.

Digər Azərbaycan gimnastı Ramin Dəmirov 12.250 bal toplayaraq 6-cı yerəd qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə