"AGF Junior Trophy" beynəlxalq turnirinin final yarışları start götürüb
Bu gün Bakıda Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" beynəlxalq turnirinin yekun gününə start verilib. SİA-nın məlumatına görə, bu gün fərqli alətlərdə finallar keçiriləcək.
Final yarışlarında Azərbaycanı sərbəst çıxışlarda - Anar Həsənov və Mənsum Səfərov, dəstəli at üzərində hərəkətlərdə - Rəsul Əhmədzadə, halqalarla hərəkətlərdə - Mənsum Səfərov, dayaqlı tullanma hərəkətlərində - Mənsum Səfərov və Ramin Dəmirov, paralel qollarda - Ramin Dəmirov və Rəsul Əhmədzadə, turnik üzərində hərəkətlərdə Rəsul Əhmədzadə və Mənsum Səfərov təmsil edəcəklər.
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə “1-ci AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.
“AGF Junior Trophy” 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB