Eddi İsrafilovlu "Albasete" səfərdə bir xal qazanıb

Eddi İsrafilovlu "Albasete" səfərdə bir xal qazanıb

Millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasında növbəti oyununu keçirib.

SİA xəbər verir ki, komanda 31-ci turda səfərdə "Jirona" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, “Albasete” hazırda 35 xalla 22 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə