“AGF Junior Trophy” beynəlxalq turnirinə start verilib

“AGF Junior Trophy” beynəlxalq turnirinə start verilib

Bakıda, Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” beynəlxalq turnirinə start verilib. SİA-nın məlumatına görə, ölkəmizdə ilk dəfə təşkil olunan turnirdə 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirirlər. Yarışda 7 ölkədən 33 gimnast birincilik uğrunda mübarizə aparır.

Azərbaycanı turnirdə Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edirlər.

Qeyd edək ki, bu yarış mayın 27-31-də Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə