İtaliya futbol klubları təkcə bilet satışı ilə əlaqədar 28,6 milyon avro itirəcəklər

İtaliya futbol klubları təkcə bilet satışı ilə əlaqədar 28,6 milyon avro itirəcəklər

İtaliya A seriyası oyunlarının azarkeşsiz keçirilməsi yarış iştirakçılarına baha başa gələcək.

SİA xəbər verir ki, klublar bilet satışları ilə əlaqədar olaraq 28,6 milyon avro itirəcəklər.

Koronavirusun yayılması ilə əlaqədar qapalı qapılar arxasında keçiriləcək matçların biletlərinin və mövsümlük biletlərin məbləği azarkeşlərə geri qaytarılacaq. Ən çox ziyan "Yuventus"a dəyəcək. Turin təmsilçisi 12,3 milyon avro geri düşəcək. "Milan" 3,4 milyon, "İnter" isə 2,7 milyon avroluq ziyan görəcəklər.

Qeyd edək ki, koronavirus səbəbindən İtaliyada oyunlar bir ay boş tribunalar önündə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə