Antalyada gözdən əlillərin ümumdünya oyunları davam edir. SİA-nın xəbərinə görə, Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinin məlumatında bildirilir ki, Azərbaycan idmançılarının mükafatlarının sayı 11-ə çatıb.
Cüdo üzrə komanda turnirinin finalında Azərbaycan yığma komandası rusiyalı rəqiblərini üstələmiş və qızıl medal qazanıb. Sprinter Rza Osmanov 200 metr məsafəyə qaçışda 3-cü nəticə göstərib. Bu uğurlardan sonra Azərbaycan yığmasının hesabında 5 qızıl, 3 gümüş və 3 bürünc medal vardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB