Bakıda beynəlxalq karate turniri davam edir

Bakıda beynəlxalq karate turniri davam edir

Bakıda Boks İdman Mərkəzində XI “Baku open” beynəlxalq karate turniri davam edir.

SİA-nın məlumatına görə, martın 6-da 16-17 yaşlı və 18-21 yaşlı gənclər mübarizəyə qoşulublar. Martın 7-də 14-15 yaşlı yeniyetmələr, ertəsi gün isə 6-13 yaşadək uşaqlar mübarizə aparacaqlar.

Turnir bu dəfə dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunub. Fərdi və komanda yarışlarında Azərbaycanla yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan, İsveçrə və Rusiyadan 672 idmançı iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə