Martın 6-da Azərbaycan badmintonçusu Edi Reski Dviçayonun Yamaykanın paytaxtı Kinqstonda keçirilən “VI Jamaica International-2020” turnirində dörddəbir final mərhələsinə yüksəlib.
SİA-nın məlumatına görə, təmsilçimiz mübarizəyə onaltıdabir final mərhələsindən başlayıb. E.Dviçayo birinci görüşündə yerli idmançı Dennis Kokeni 2:0 hesabı ilə məğlub edib. Səkkizdəbir final mərhələsində macarıstanlı Gerqey Krausu 2:0 hesabı ilə üstələyən idmançımız dörddəbir finalda Yaponiya idmançısı Takuma Obayaşi ilə üz-üzə gələcək.
Qeyd edək ki, turnirdə 60 idmançı iştirak edir. Yarışın mükafat fondu 10 min dollardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB