İspaniya kubokunun finalında bu komandalar qarşılaşacaq

İspaniya kubokunun finalında bu komandalar qarşılaşacaq

Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

SİA xəbər verir ki, sonuncu oyun günündə də bir görüş baş tutub.

İkinci yarımfinal görüşü “Qranada” ilə “Atletik” arasında baş tutub. Səfərdə minimal hesabla uduzan “Qranada” doğma meydanda qələbə qazansa da, növbəti mərhələyə yüksələn tərəf səfər qoluna imza atmağı bacaran “Atletik” olub.

Beləliklə, aprelin 18-də keçiriləcək final qarşılaşmasında “Real Sosyedad”la “Atletik” üz-üzə gələcək.

İspaniya kuboku

Yarımfinalın cavab oyunları

5 mart

Qranada – Atletik 2:1 (0:1)

Qol: C.Fernandes, 48. Q.Sançes, 76 – Berçiçe, 81.

4 mart

Mirandes – Real Sosyedad 0:1 (1:2)

Qol: Oyarzabal, 41-pen.

Bütün xəbərlər Facebook səhifəmizdə