Riçard Almeydanın komandasından səfər məğlubiyyəti

Riçard Almeydanın komandasından səfər məğlubiyyəti

Millimizin futbolçusu Riçard Almeydanın çıxış etdiyi "Baniyas" Birləşmiş Ərəb Əmirlikləri çempionatında növbəti oyuna çıxıb.

SİA xəbər verir ki, sözügedən klub 18-ci turda səfərdə “Xorfakkan”la qarşılaşıb və 1:2 hesabı ilə uduzub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.

Qeyd edək ki, “Baniyas” 18 oyuna topladığı 20 xalla 14 iştirakçı arasında 9-cudur.

Bütün xəbərlər Facebook səhifəmizdə